• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1625
— 09.12.2023 15:58

"Heydər Əliyev İli" çərçivəsində tədbir keçirilib

KepezTV Player

Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev ili çərçivəsində “Ümummilli lider Heydər Əliyevin iris, bizim milli sərvətimizdir” adlı tədbir keçirilib. Əvvəlcə Ulu Öndərə həsr olunan kitab və rəsm sərgisi ilə tanışlıq olub. Çıxışlarda Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə yeni bir ideologiyanın əsasının qoyulmasından danışılıb. Müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya  kimi ümumbəşəri dəyərlər rəhbər tutulub. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən dahi insanın bu amal uğrunda çətin maneələri, problemləri mərdliklə dəf etdiyinə diqqət çəkilib. Tədbirdə Heydər Əliyev ili çərçivəsində keçirilən tədbirlərdə fəallıq nümayiş etdirən bir qrup Kəlbəcər sakininə rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim edildikdən sonra Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilıib. Tədbir Respublikanın tanınmış incəsənət ustaları və Kəlbəcər rayon mədəniyət işçilərinin hazırladıqları musiqili proqramla davam edib. 

Elnur Rzayev