KepezTV Player
Qarabağ Universitetində təhsilə və tədrisə yenidən başlamaq imkanımız var. Birincisi, ənənələri olan Qarabağ diyarına təhsil qayıdır. İkincisi isə orada bütün istiqamətlərin yenilənməsi, “ağ kağız” üzərində başlanması, təbii ki, Azərbaycan təhsilinə böyük imkanlar açır. Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində daim işləyirik. Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Qarabağ Universitetinin məqsədi digər universitetlərlə rəqabət yaratmaq yox, Azərbaycanın digər universitetlərini bir dəyər ətrafında birləşdirib, əməkdaşlıq edərək ikili proqramlar vasitəsilə gənclərimizi işğaldan azad olunmuş ərazilərə qaytarmaqdır.
- Baxış: 175