Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin Kollegiya iclası keçirilib. Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib. Azad edilmiş ərazilərdə kommunikasiya xətlərinin bərpası, yeni təminat yollarının çəkilməsi, ərazilərin müəyyən hissəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər həyata keçirilib. Bu istiqamətdə işlərin növbəti ildə də davam etdiriləcəyi vurğulanıb. Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərin vacibliyini vurğulanıb. Döyüş növbətçiliyinin aparılması, gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması barədə müvafiq göstərişlər verilib.
- Baxış: 147