Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Vaqif Salmanov Gəncə Dövlət Universitetində ustad dərsi keçib. “Lazer fizikasının son nailiyyətləri” mövzusuna həsr edilən ustad dərsində universitetin Fizika və texniki fənlər fakültəsinin professor-müəllim heyəti, tələbələr iştirak ediblər. Çıxış edənlər professorun elmi nailiyyətlərindən, həmçinin ustad dərsinin əhəmiyyətindən danışıblar. Daha sonra professor Vaqif Salmanov lazerlərin növləri, tətbiq sahələri, lazer fizikasının hazırkı vəziyyətindən danışıb. Lazer impulsları ilə atomdakı elektronların dinamikasının öyrənilməsinin əhəmiyyəti aşılanıb. Mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
Aişə Rzayeva
- Baxış: 189