Gəncədə “Gənclər və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirmələri üçün görülmüş işlərin nəticələri və onun səmərəliliyinin yüksəldilməsi” mövzusunda görüş keçirilib. Tədbir şəhər Ağsaqqallar Şurası və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutub. Dövlətçiliyin möhkəm təməl və gələcəyin etibarlı təminatı baxımından intellektual gənclərin yetişməsinə dövlətin dəstəyindən söz açılıb. Son illər ölkədə gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlı icra edilən layihələrin önəminə toxunulub. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin inkişaf etdirilməsinin Vətən müharibəsi zamanı göz qabağında olduğu vurğulanıb. Beynəlxalq və yerli idman yarışları, könüllülük fəaliyyətində yeniyetmə və gənclərin uğurlarından söz açılıb. Görüş, “Heydər Əliyev, müasir gənclər siyasətinin banisidir”, devizi altında keçirilib.
Nurəddin Məmmədov- Gəncə şəhər Ağsaqqallar Şurasının sədri: “Bugünkü konfrans əsasən gənclərimizin asudə vaxtlarının təşkil olunmasına, onların boş vaxtlarının səmərəsiz qalmamasına, qeyri-yaramaz vərdişlərdən kənar olmasına, onların mədəniyyət, təhsil sahəsinə cəlb olunmasına, bu tədbirlərdə onların iştrakının təmin olunmasına, xalqımızın və gəncliyimizin inkişafına yüksəlməsinə nail ola bilmək üçün təşkil olunub”.
Pərvin Abbaszadə
- Baxış: 169