• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1946
— 06.12.2023 16:47

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisinə ömürlük həbs cəzası verilib

KepezTV Player

Ermənistanın Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi bu ölkədə əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla bağlı cinayət işinə baxıb və onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.