• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1933
— 03.12.2023 19:40

"Sabah" səfərdə "Kəpəz"ə qalib gəlib

KepezTV Player

Azərbaycan Premyer Liqasında XV tur davam edir. Ev görüşlərini Tovuzda keçirən "Kəpəz" "Sabah"ı qəbul edib. Murad Musayevin yetirmələri iki erkən qolla matçın taleyini həll ediblər. Əvvəlcə 6-cı dəqiqədə Anatoli Nuriyev hesabı açıb. 15-ci dəqiqədə Yeqor Xvalko avtoqol müəllifi olub. Beləliklə, 2:0 hesablı qələbə qazanan "Sabah" xallarının sayını 19-a yüksəldib. "Kəpəz" isə 10 xalla sonuncu pillədə qalıb.