• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1607
— 01.12.2023 11:34

Ümumdünya QİÇS günü

Hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri də qazanılmış immun çatışmazlığı sindromudur. İmmun sisteminin dərin zədələnməsi nəticəsində, bədənin bir sıra mikrob və bədxassəli şişlərə qarşı müqaviməti azalır.

Afaq Əsədova- Gəncə Regional Laboratoriyasının müdiri: “Cütlüklərin evlənməmişdən əvvəl müayinədən keçməyinin məqsədi odur ki, yoluxma vaxtında aşkarlansın. Həmin xəstəni terapiyaya cəlb edirlər. Terapiyanı qəbul edən insanların virus yükü sıfıra düşür və digərləri üçün təhlükəsiz olur”.

Xatirə Cəlilova- Gəncə Regional Laboratoriyasının müdiri: “Evlilikdən əvvəl cütlüklərin QİÇS müayinəsindən keçməsinin birinci səbəbi onların öz sağlamlıqları haqqında məlumatlandırılmasıdır. Əgər onlar bir–birində bu virusun aşkarlanmasını qəbul edirlərsə, ailə həyatı qura bilərlər”.

Sağlamlığın qeydinə qalmaqla və orqanizmdə hər hansı bir narahatlıq varsa, vaxtında həkimə müraciət etməklə təkcə fərdlərin həyat keyfiyyəti üçün yox, eləcə də cəmiyyətin rifahı üçün çox önəmli addımlar atmış olarıq.

Leyla Əliyeva

ƏTRAFLI...