Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda növbəti oyunlar keçirilib.“Qalatasaray” İstanbulda “Mançester Yunayted”lə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən matç 3:3 hesablı heç-heçə ilə başa çatıb. “Qırmızı şeytanlar”ın heyətində Qarnaço, Bruno Fernandes və Maktominey fərqləniblər. Oyunda 3:1 hesabı ilə geri olduqdan sonra geridönüş edən “Qalatasaray”dan qolları Hakim Ziyeş və Kərəm Aktürkoğlu vurublar. Ziyeş dublla yadda qalıb. Turun digər görüşündə "Bavariya" - "Kopenhagen" matçında qolsuz bərabərlik qeyd alınıb. Bu nəticədən sonra “Qalatasaray”ın hesabında 5, “Mançester Yunayted”in aktivində isə 4 xal var. Almaniya klubu 13 xalla qrup lideri, cim-bomla eyni xala Danimarka təmsilçisi əlavə göstəricilərə görə 2-cidir.
- Baxış: 183