• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 29.11.2023 16:14

Bakı, Abşeron və Mingəçevirdə kiberdələduzlar saxlanılıblar

KepezTV Player

Bakı şəhər Baş Polis İdarəsi əməkdaşları bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Rövşən Rəhimovu saxlayıblar. Onun bankomatların yanında dayanaraq “yardım” etmək adı ilə pul çıxaran vətəndaşlara yaxınlaşdığı, daha sonra onların kart məlumatlarını əldə etdiyi və hesabda olan vəsaitləri ələ keçirdiyi məlum olub.

 Abşeronda isə 5 nəfərin kartlarından pul vəsaitlərini talamaqda şübhəli bilinən 2000-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vilad Əliyev saxlanılıb.

 Polis 5 nəfərə qarşı kiberdələduzluq əməllərinə yol verməkdə şübhəli bildiyi Mingəçevir şəhər sakini, 1996-cı il təvəllüdlü Ramil Salmanovu da istintaqa təhvil verib. Faktlarla bağlı araşdırmalar aparılır.