• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2143
— 28.11.2023 10:32

Gənc yazar

Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Səməd Vurğun  və sadalaya biləcəyimiz bir çox şair, öz şeirləri ilə oxucularının ruhunda xoş izlər qoyub. Sözsüz ki, bu dərin mənalı şeirləri indi  yaşadan gənclərimiz var. Bu gənclərdən biri də Həsən bəydir.

Qoyma gələ, saqiya, zahidi meyxanəyə,
Dönməyə meyxanəmiz məscidi-viranəyə
Urma gireh zülfünə, eylə həzər, ey sənəm!
Oxşamasın şəkildə səbheyi-səddanəyə.

Şeir demək, istedad və xüsusi bacarıq tələb edir. Gəlin elə şeir haqqında bütün məlumatları öz ustadından öyrənək.

Həsən Fəttan- yazar: “Şeir dedikdə, ümumiyyətlə, poeziya, xüsusən də şeir, insan həyatının, insan ruhunun, dərinliklərinə sirayət edən bir yoldur. Yəni biz bunu bir su kimi düşünə bilərik ki, cismimiz yananda su içərik sirab olar, eləcə də ruhun mən deyərdim ki, ruhun sirab olması üçün yaxşı şeir, mənalı şeir, axıcı şeir, mütləq şərtdir. Şeir ilə yaşamayan insanlar, poeziyanı sevməyən insanlarda psixoloji hallara, psixoloji gərginliklərə daha çox rast gəlinir. Nəinki poeziya ilə içli-çöllü olan insan, deyə bilərəm ki, bugünkü gündə Azərbaycanda şeiriyyat yüksək səviyyədədir”.

Şeir dünyası tamam fərqli dünyadır. Oxuyarkən onu, ruhumuzda hiss etmək, yaşamaq lazımdır.

Həsən Fəttan- yazar: “Sevindirici haldır ki, bugünkü gündə Azərbaycan gənci şeirə, poeziyaya bu qədər həvəslə, bu qədər professionallıqla yanaşır. Çünki şeiriyyat və poeziya bizim milli-mənəvi irsimizdir. Azərbaycanın Nizamiləri, Füzuliləri, Nəsimiləri, və o cümlədən, böyük şairləri barmaqla saymaqla bitməz. İstər klassik, Azərbaycan ədəbiyyatı olsun, istər müasir Azərbaycan ədəbiyyatı olsun, dünyada öz sözünü demiş, xüsusən də şərqdə öz sözünü demiş böyük mütəfəkkirlərə sahib bir xalqımız var”.

Azərbaycan şeirləri hər zaman dünyanın hər yerində tanınıb və sevilib.   

Həsən Fəttan- yazar: “Dünyanın hər bir yerində Nizamini, Füzulini, Nəsimini öyrənən qrumlar var, insanlar var. Hətta Romada Nizami Gəncəvinin büstü belə qoyulub. Hətta onun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Eləcə də, şərqdə və qərbdə Füzulişünaslar, Nəsimişünaslar, qədimdən bugünkü günə qədər bu günə qədər olan sirrləri, hikmətləri açırlar, mənalara varırlar. Hər dəfə deyərdim ki, yeni bir məna çıxarırlar. Hətta Füzulinin elə bir qəzəli var ki, onun elə bir bəndi, elə bir misrası var ki, ona bu günə kimi 26-dan çox məna verilib. Bunların hamısı da fövqi, bəşəri mənalardır”.

Ülvi Cəfərov

ƏTRAFLI...