• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 28.11.2023 10:21

Özünə kumir seçib, başqasının izindən gedən gənclər

Bəzi hallarda istəklərimiz, gələcəkyönümlü qayğılara çevrilir. “Birdən bacarmaram”, “xəyalımdakı insan kimi ola bilmərəm”, kimi düşüncələr. Özünə kumir seçib başqasının izindən gedən gənclər, real dünyada ideallarına çatmağı bacarırmı? Gəlin, bu haqda danışaq.

Həyatdakı məqsədlərimiz sahib olduğumuz və izlədiyimiz kompasdır. Bəzən bu məqsədlər uşaqlıqda müəyyən ediləcək qədər aydın olur, bəzən isə yaş irəlilədikcə müəyyənləşir. Həyat səyahətimizin bir çox eniş və yoxuşları var. Əsas odur ki, hədəflərə çatmaqda qərarlı olaq və hər şeydən əvvəl özümüzə güvənək. Çünki uğurun yarısı başlamaqdırsa, digər yarısı inanmaqdır. Bəzən özümüzə, bəzən isə olmaq istədiyimiz insana. Bəs bunun üçün insanlar nə edir? Nələrdən keçir? Müsahibimizdən soruşduq.

Nürdanə Əhmədova- gənc dietoloq: “İnsanlar özlərini bir qəlibin içərisinə yerləşdirməyə çalışırlar. Bunun üçün də müəyyən kompleksləri özlərində cəmləyirlər. Arıqlamaq, istədiyi çəkiyə çatmaq kimi”.

Kumir anlayışı dövrümüzdə fərqli anlaşılır. Buna səbəb də, bir növ sosial şəbəkələrdir. Biz bu məcralarda görürük ki, artıq hər kəs eyniləşir. Müəyyən prosedurlardan yaranan eyni üzlər, eyni mimikalar və s. Nəzər salaq, dövrümüzün “eyniləşmə” prosesinə.

Nə haqda fikirləşdiyiniz barədə diqqətli olun; bugünün düşüncələri şüuraltına keçir və sabahkı həyata yön verir. Həyatmız bizdən, biz isə seçimlərimizdən aslıyıq.

Nürdanə Əhmədova- gənc dietoloq: “Artıq çəki əlbəttə ziyandır, amma bu, kompleks edilməməli, əksinə həll və ya çıxış yolu axtarılmalıdır”.

Tellan Zeynalova

 

ƏTRAFLI...