• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 24.11.2023 10:26

Gənclər, onlara qoyulan hansı qadağadan narazıdır?

Həyatımızda bir çox şeyə qarşı qadağalar qoyulur. Bu həm insanın şəxsi həyatına, həm də ailə münasibətlərinə təsir edir. Ümumiyyətlə, düşünəndə görürük ki, gənclər cəmiyyətin onlara qoyduğu müəyyən qadağalardan narazıdır. Bunların hansı aspektdə olduğunu bu süjetimizdə daha dərindən öyrənəcəyik. Daha dəqiq məlumat əldə etmək üçün yollanırıq, müsahibizin yanına. Sualım bundan ibarət olacaq ki, ailə təsiri sizin həyatınızda nə qədər yer tutur?

Rəvan Abbasov: "Elə anlar olur ki biz, gənclər qərarlarımızı valideynlərimizə görə dəyişə bilirik. Ancaq həm öz seçimimizi, həm də onların istəyini eyni anda etməkdə, məhz öz istəyimizi reallaşdıra bilərik".

Müsahibimizin dediklərinə əsasən demək olar ki, ailə daxilində olan uzlaşmazlıqlar, həqiqətən, gəncin inkişafına və onun psixi sağlamlığına uzun müddətli təsir göstərir. Və burada vacib olan yalnız uşaqla valideyn arasındakı qarşılıqlı münasibət deyil. Valideynlərin bir-birilə necə ünsiyyət qurması, həmçinin uşağın həyatında əhəmiyyətli rol oynayır və onun həyatının bütün sahələrinə - həyatda  özünü necə ifadə etdiyindən tutmuş, dərslərindəki uğurlara və gələcəkdə münasibətlərin qurulmasına da yön verə bilir.

Dediklərinizə diqqət edin, fikrə çevrilər. Fikirlərinizə diqqət edin, hisslərə çevrilər. Hisslərinizə diqqət edin – davranışlarınıza çevrilər. Davranışımıza isə ona görə xüsusilə diqqət etməliyik ki, gələcəkyönlü uğurlarımıza mane olmasın.

Tellan Zeynalova

ƏTRAFLI...