• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1313
— 26.11.2023 18:29

Şüvəlanda əl qumbarası və mərmilər aşkarlanıb

KepezTV Player

Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub. FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilən sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 10 ədəd 9mm-lik mərmi olduğu müəyyən edilib.