• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 25.11.2023 13:44

Azərbaycanlı döyüşçü Rusiyada dünya çempionu olub

KepezTV Player

Azərbaycanın MMA döyüşçüsü Xəyal Caniyev muay-tay üzrə superyarımorta çəkidə dünya çempionu olub. O, Rusiyanın Çelyabinsk şəhərində keçirilən turnirdə iranlı Moctaba Taravatiyə qalib gəlib. Beş raundun hamısında əla çıxış edən “halk” ləqəbli idmançımızın ikinci raundda rəqibini nokdauna salıb. Nəticədə hakimlərin yekdil qərarı ilə qələbə Xəyal Caniyevə verilib. Xəyal Caniyev bundan əvvəl MMA-da ardıcıl 3 qələbə qazanıb.