• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1450
— 24.11.2023 15:58

Hindistan vətəndaşları yol qəzasına düşüblər

KepezTV Player

Hindistan vətəndaşları İsmayıllıda yol qəzasına düşüblər. Hadisə Muğanlı- İsmayıllı avtomobil yolunda, İsmayıllı rayonun Tircan kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes Vito" markalı mikroavtobus idarəetməni itirərək yoldan çıxıb. Baş verən nəqliyyat hadisəsi nəticəsində 1 sürücü və 5 hindistanlı sərnişin ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına aparılıb. Xəsarət alanlardan iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.