• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 23.11.2023 15:47

TƏBİB Cəlilabadda qızılcaya kütləvi yoluxma ilə bağlı məlumat yayıb

KepezTV Player

TƏBİB Cəlilabadda qızılcaya kütləvi yoluxma ilə bağlı məlumat yayıb. Qurumun məlumatına görə 18, 19 və 20 yaşlı rayon sakini olan oğlanlar oktyabrın 23-dən noyabrın 15-dək Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Pasiyentlər ilkin tibbi yardım göstərilərək izoliasiya şəraitində ambulator müalicə üçün evə buraxılıb. Onların vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb. Cəlilabad rayon Mərkəzi Xəstəxanasına qızılca xəstəliyi ilə bağlı ümumilikdə 10 nəfər müraciət edib. Onların hər biri ambulator şəraitdə müalicə alınması üçün evə yazılıb. Rayonda epidemioloji vəziyyət stabildir.