KepezTV Player
İmişli Rayon Polis Şöbəsinə Araz çayının rayon ərazisindən keçən hissəsinin sahilində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 23 ədəd daraq və 467 ədəd patron aşkarlanaraq götürülüb. Həmçinin, şöbə əməkdaşlarının apardığı müvafiq tədbirlərin nəticəsi olaraq 4 nəfər rayon sakini qanunsuz saxladığı odlu silahları polisə təhvil verib. Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 239