Getdiyiniz hər bir yerdə sizi yeni macəralar gözləyir. Bəs siz necə kortəbii, yoxsa planlı şəkildə addımlamağı sevirsiniz?
Ramil Lətifoğlu– alpinist: “Elə səyahətlər var ki, onları ciddi-ciddi planlamaq lazımdır, ancaq elələri də olur ki, onları planlamağa ehtiyac yoxdur. Axarına buraxmaq daha yaxşı olur. Bu, səyahətin müddətinə, çətinlik dərəcəsinə baxır. Elə səyahətlər olur ki, biz ona aylarla, hətta illərlə hazırlaşırıq”.
Gəlin, həyatda yeniliklərdən qorxmayaq. Çünki həyatın bizə nə gətirəcəyindən xəbərsizik.
Leyla Əliyeva
- Baxış: 246