• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 22.11.2023 16:00

AŞPA Prezidentinə birgə müraciət

KepezTV Player

Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri AŞPA Prezidenti Tini Koksa birgə müraciət ünvanlayıblar. “Bu günlərdə Bakıda olan Assambleyanın Azərbaycan üzrə məruzəçisinin Ermənistanın Azərbaycana qarşı mina müharibəsində zərər çəkmiş şəxslərlə görüşlərdən imtina etməsini Avropa Şurası dəyərlərinin ələ salınması, insan hüquq və azadlıqlarına qarşı hörmətsizlik kimi qəbul edirik. Əgər Avropa Şurası, Şuranın Parlament Assambleyası həqiqətən insan hüquqları təsisatıdırsa, bizi eşitmək, kömək etmək onun əsas öhdəliyi olmalıdır. Bizi qəbul edin və dinləyin. Ermənistanın mina terrorundan necə əziyyət çəkdiyimizi, ailələrimizin, yaxınlarımızın əlilliyimizə görə hansı iztirablar içərisində olduğunu görün.", - deyə müraciətdə qeyd edilib.

Rey Kərimoğlu​ - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri: Arzu edirik ki AŞPA prezidentinin timsalında bu məsələ dəyişsin, onların Azərbaycan insanına qarşı Azərbaycanfobia, islamafobia məsələələrinə son qoyulsun.Azərbaycana da ədalətli yanaşma sərgiləsinlər.