• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 882
— 22.11.2023 15:03

2 nömrəli UGİŞM-də daxili birincilik keçirilib

KepezTV Player

Gəncə-Daşkəsən Regional İdman İdarəsinin təşkilatçılığı ilə 2 nomrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birinciliyi keçirilib. Yarışda 8, 10, 12, 14, 16 yaşlı oğlan və qızlar mübarizə aparıblar. İlk üçlüyə düşən şahmatçılar diplom və medallarla təltif olunublar. Açıq birincilikdə müvəffəqiyyət əldə edən idmançılar Respublika birinciliyində iştirak hüququ və milli komandanın tərkibinə daxil olmaq imkanı qazanıblar.

Asif Həsənov- 2 nömrəli UGİŞM-in direktoru: “Son illər şahmat sahəsində uğurlarımız çoxdur. Həm Avropa birinciliyində medallarımız var. İki medalçımız var. Həm qalib, həm də mükafatçı var. Həm beynəlxalq yarışlarda qaliblərimiz var. Bu günlərdə şahmatçılarımız Mersin şəhərindən qayıdıb. 7 şahmatçımız orada mübarizə aparırdı. Çox şükürlər olsun, 4-ü mükafatçılar sırasına düşdülər. C qrupunun qalibi məktəbimizin yetirməsi Qafarov Niyazi. Həmin qrupda 3-cü yerin sahibi Hüseyin Qurbanov. Həmin qrupda Avropa birinciliyinin mükafatçısı Səadət Bəşirli qızlar arasında ikinci yerin sahibi oldu. Və nəhayət Duyğu Bağırova D qrupunda 3-cü yerə çıxaraq bürünc medal qazandı”.

Ramin Paşayev