Hər qadının arzusu gözəl görünməkdir. Hətta bəzən gözəllik qurban tələb edir. Qadınların ən çox önəm verdiyi isə saç və dırnaq boyası olur. Ancaq bilmirlər ki,düzgün edilmədiyi və gigeyena qaydalarına riayət olunmadığı halda bir çox xəstəliklərə gətirib çıxara bilər.
Mirzəyeva Nərmin– dırnaq ustası: “Dırnaq sənəti adi bir peşə kimi görünsə də, diqqət etməli olduğumuz məqamlar çoxdur. İlk olaraq, gigiyena qaydalarına önəm verməliyik. Çünki, manikur zamanı qanamadan, qan vasitəsi ilə keçən bütün xəstəlikləri bir müştəridən digərinə ötürə bilərik. Başqa diqqət yetirməli olduğumuz məqam isə, dırnaq qaynağını işləyərkən, dırnağı zədələməməkdir və dırnağın arxitekturasını düzgün işləməkdir. Gigiyenaya riayət olunmadığı halda qan vasitəsilə keçən bütün xəstəliklər bir müştəridən digərinə ötürülə bilər. Fasilə verilərək, düzgün işlənən dırnaq, heç bir problem yaratmır”.
Elmira Kərimova – saç ustası: “Xanım fendən çox istifadə etdiyi üçün, saçları yanıb, bərbad hala düşüb. Maskanı saça ondan ötrü tətbiq edirik ki, yanmış, zədələnmiş saçları bərpa edək. Maskanın tərkibində argan yağı, A, B vitaminləri var. Maskanı 40 dəqiqə saxladıqdan sonra xanımın saçlarını yuyub qurudacağıq. Baxımı tamamladıq, nəticədə isə saçlar parlaq və canlıdır”.
Gözəl görünmək və gözəl olmaq yaxşı şey olsa da, hər bir addımınızın sonunu fikirləşmək lazımdır.
Günay Əsgərova
- Baxış: 259