• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 926
— 21.11.2023 13:20

Azərbaycanın BMT-dəki səfiri Təhlükəsizlik Şurasında bəyanatla çıxış edib

KepezTV Player

BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində “Ümumi inkişaf yolu ilə sülhün qorunmasına yardım” mövzusunda açıq müzakirələr keçirilib. Tədbirdə Azərbaycanın BMT-dəki səfiri Yaşar Əliyev bəyanatla çıxış edib. Diplomat bildirib ki, Azərbaycan sentyabrda lokal antiterror tədbirləri ilə Qarabağda sülhü təmin etməyə nail olub.