Oğul ya qız,fərqi nədir?
Hər ikisi can meyvəsidir.
Ata-ananın yenidən
Bu dünyaya gəlməsidir.
Elbar Vəliyev - müəllim: “Bir qızım, bir oğlum var. Oğluma da, qızıma da gender bərabərliyinin olmasını, hər ikisinin insan, vətandaş olaraq bərabər hüquqlu olduqlarını demişəm. Özümün də ata kimi qızıma xüsusi diqqət və qayğım var. Çünki o, incə, zərif varlıqdır. Mənim ailəmdə qız, oğlan ayrı-seçkiliyi ola bilməz”.
Dostoyevski demişkən - uşaqlar olmasaydı, insanlığı bu qədər sevə bilməzdik.
Leyla Əliyeva
- Baxış: 178