Bir çoxumuz istəyirik ki, karyeramızda yüksəliş olsun, ancaq bunun üçün nə etmək lazım olduğunu bilmirik. Ona görə də daha çox iş təcrübəsi olan və karyerasında qoyduğu hədəflərə çatan insanlardan məsləhət almağı bacarmalıyıq.
Elmar Bağırov- hotel meneceri: “Hal-hazırda hotel meneceri olaraq fəaliyət göstərirəm. Turizm sahəsində ilk addımları 2009-cu ildə Gəncə şəhərində sıravi işçi kimi başladım. Karyerasını qurmaq istəyən hər bir insan qarşısına bir mövqe, məqsəd qoymalıdır və ona çatmaq üçün çalışmalıdır. Mən bu işə başlayarkan qarşıma bir məqsəd goydum. Sıravi işçi olarkən məlumat almaq üçün təlimlərə çox vaxt ayırırdım. Çünki yeni bir sahədə məlumatım yox idi. Bu sahə üzrə görülən bütün işlər ilə maraqlanırdım, internetdən məlumatlar götürüb, təlimlərə qatılırdım və s. Bir müddət sonra vəzifə artımı oldu və “şöbənin menecer müavini” kimi fəaliyyətə başladım. Ancaq buna baxmayaraq, eyni zamanda yenə də təlimlərə qoşulurdum və təbii ki, işdə özümə saat məhdudiyyəti qoymamışdım. Çünki insan qarşısına bir mövge qoyarsa, ona çatmalıdır və burada ən böyük rol təcrübədir. Təcrübə də təbii ki, zamanla əldə olunur. Və bu zamanı qısaltmaq üçün, işdə daha çox zaman keçirirdim. Artıq bir neçə il keçəndən sonra “şöbə rəhbəri” olaraq işləməyə başladım. Tovuz şəhərində hotelin açılışını etdik, 5 ulduzlu hotel idi. Sonra dəvət aldım Gəncədəki hotellərin birinə və burada davam etdim. İndiki vəzifəmə 13 il ərzində yiyələnmişəm. Qoyulan məqsəd 13 il sonra öz bəhrəsini verdi. Hotel meneceri kimi çalışıram. Və son olaraq demək istərdim ki, karyera yüksəlişini düşünərkən işini sevməli, qarşısına zaman məhdudiyyəti qoymamalıdır. Dediyim kimi, təcrübə hamısı vaxtla, zamanla olduğu üçün, bu zamanı qısaltmaq üçün işdə daha çox zaman keçirməliyik, daha çox maraqlanmalıyıq, hər hansı bir təlim varsa, orda iştirak etməliyik. Və bununla təcrübə toplamalıyıq”.
Günay Əsgərova
- Baxış: 209