• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1283
— 18.11.2023 16:40

"Gəncə BK" mövsümün ilk qələbəsini evdə qazandı

KepezTV Player

"Gəncə" Azərbaycan Basketbol Liqasının cari mövsümündə ilk ev matçını keçirib. IV turun oyunları çərçivəsində komanda doğma meydanda "Xırdalan" klubu ilə qarşılaşıb. Keçirdiyi son 3 oyunda qələbə qazanmaqda çətinlik çəkən "sarı-göylər" nəhayət ilk qələbəsini doğma divarlar arasında qazanıb. Görüş Nizami təmsilçisinin 88-74 hesablı üstünlüyü ilə yekunlaşıb.