• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2087
— 18.11.2023 11:37

Azərbaycanın müdafiə naziri Özbəkistan tərəfinə başsağlığı verib

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan müdafiə naziri general-leytenant Baxodir Kurbanova başsağlığı ünvanlayıb. "Özbəkistanın Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri qoşunlarının komandanlığına məxsus Mi-8 helikopterinin Səmərqənd vilayətində təlim-məşq uçuşu zamanı qəzaya uğraması ilə həlak olan ekipaj üzvlərinə rəhmət diləyir, ailələrinə başsağlığı veririk", - deyə məktubda qeyd edilib.