KepezTV Player
Gəncədə Beynəlxalq Vaxtından Qabaq Doğulmuş Uşaqlar Günü münasibətilə tədbir keçirilib. Vaxtından əvvəl doğumun təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılmasının vacibliyi haqqında valideynlər maarifləndirilib. Hər il dünyada təxminən 15 milyon uşaq vaxtından əvvəl doğulur ki, bu da orta hesabla hər 10 uşaqdan biri deməkdir. Onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, hamilə qadınlarda mümkün risklərin aşkar edilməsi və aradan qaldırılması kimi halların diqqətdə saxlanılmasının önəmi qeyd edilib. Ana və körpənin lazımi xidmətlərdən faydalanmasının qarşıda duran əsas vəzifələrdən olduğu vurğulanıb.
Aişə Rzayeva
- Baxış: 168