“Ann İdalqo faktları təhrif etməkdənsə reallığı görsə, yaxşı olar. Alovu körükləməyə ehtiyac yoxdur. Sülhün yolu həqiqətdən keçir”. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisin meri Ann İdalqoya ünvanladığı məktubunda belə deyib. Səfir bildirib ki, Paris meri bu yaxınlarda Azərbaycandakı erməni əsirlərin azad olunması ilə bağlı yanlış məlumat verib. Onun əldə etdiyi məlumatların yanlış mənbələrdən olduğuna diqqət çəkən Abdullayeva vurğulayıb ki, bu məlumatlar Qafqazda sülhü istəməyən mənbələrdən gəlir. Səfir sülh yaratmağın asan iş olmadığını qeyd edib. “Həqiqəti demək üçün ilk növbədə başqalarını düşmən kimi təqdim etməmək lazımdır. Bu da çox çətindir. Azərbaycan ermənilərin Qarabağa qayıtmasına razılıq verir. Yəhudi, rus kimi digər icmalarının əldə etdiyi hüquqlar ermənilərə də veriləcək”, – deyə səfir məktubda vurğulayıb.
- Baxış: 182