KepezTV Player
İşğaldan azad edilən Füzuli şəhərində ilk dəfə əmək yarmarkası keçirilir. Əmək yarmarkasına özəl və dövlət qurumlarının 20 müəssisəsindən 200-ə yaxın vakansiya çıxarılıb. Yarmarka Füzuliyə köçürülən şəxslərin işlə təminatı məqsədilə təşkil edilib. Bu vaxta qədər Füzuli şəhərinə köçürülən sakinlərdən 73 nəfəri işlə təmin edilib, 20 nəfər isə özünüməşğulluq proqramına cəlb olunub. 150-yə yaxın sakinin məşğulluq proseslərinə cəlb olunması üçün tədbirlər görülüb. Böyük Qayıdış proqramı çərçivəsində bu günə qədər Füzuli şəhərinə 258 ailə - 928 nəfər köçürülüb.
- Baxış: 170