KepezTV Player
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandat müddətinin bir il uzadılması haqqında prezident memorandumunun qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin qanunu qüvvəyə minib. Bu barədə Türkiyənin dövlət mətbu orqanı "Resmi Gazete" məlumat yayıb. Qanunda Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.
- Baxış: 211