"Ağalı kəndində 200 evdən 175-nə artıq ailələr köçürülüb. Digər 25 ailənin də yaxın vaxtlarda köçürülməsi planlaşdırılır". Bunu Prezidentin Xüsusi Nümayəndəsi Vahid Hacıyev deyib. O, Cəbrayıl, Qubadlı və Zəngilanda aparılan tikinti işlərindən də bəhs edib.
Vahid Hacıyev- Cəbrayıl, Qubadlı və Zəngilanda Prezidentin Xüsusi Nümayəndəsi: “Cahangirbəyli kəndi artıq Zəngilanda tikilməkdədir. Zəngilan şəhərinin özündə artıq yaşayış komplekslərinin layihələrindirmə işləri həyata keçirilir. Artıq bir azdan tikintisi başlanacaq. Əlbəttə ki, təkcə Zəngilanda yox, digər rayonlarda da - Qubadlıda da artıq Zilahnlı, Mahruzlu, Cəbrayılda Horovlu kəndində işlər başlanılıb. Dediyimiz kimi, növbəti 3 il ərzində bizim proqnozlarımız kifayət qədər böyükdür. 24 kənd, 5 qəsəbə və 3 şəhərin inşası, inşallah tikilməyi planlaşdırırıq”.
Vüsalə Cənnətova
- Baxış: 206