KepezTV Player
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının noyabrın 17-dən etibarən daha bir il uzadılmasına dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisində qəbul olunub. Qanun layihəsi Məclisə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilib. Sənəddə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi, Azərbaycana güclü dəstək verən Türkiyənin bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcəyi qeyd edilib.
- Baxış: 156