• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1686
— 15.11.2023 17:02

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova film həsr olunub

KepezTV Player

Yaxın günlərdə “Stadionlar səssiz olanda” filmi izləyicilərə təqdim ediləcək. Məşhur futbolçu, hazırda ölkəmizin ən uğurlu məşqçilərindən sayılan Qurban Qurbanova həsr olunmuş idman dramı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunub. Filmdə Q.Qurbanovun 20-ci əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib. Film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.