KepezTV Player
Zəfərlə başa çatan Vətən müharibəsində azad edilən torpaqlarımızda ermənilərin Azərbaycan tarixinin bütün dövrlərinə aid abidələri və mədəni dəyərləri məhv etməsinin bir daha şahidi olduq. Nəinki İslam-türk abidələrini, Alban dövrünə aid bütün abidələri də özününküləşdirməyə cəhd etdikləri üzə çıxdı, erməniləşdirməyə nail olmadıqlarını isə ya dağıdıb, ya da təhqiredici əməllər törədiblər. Ermənistan 30 ilə yaxın işğal altında saxladıqları ərazilərimizdə Alban məbədlərini saxtalaşdırmaqla, müxtəlif işarə və nişanlar qoymaqla özününküləşdirmək istəyib. Lakin buna nail ola bilməyiblər. Artıq Alban məbədlərinin tarixi varisləri geri qayıdıb və bu saxtakarlıqları faktlarla dünya ictimaiyyətinə təqdim edir, əsl həqiqəti söyləyirlər.
- Baxış: 142