• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1033
— 14.11.2023 15:36

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

KepezTV Player

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb. O, AVRO-2024-ün seçmə mərhələsində Finlandiya və Şimali İrlandiya komandaları arasında keçiriləcək oyunu idarə edəcək. 36 yaşlı ədalət təmsilçisinə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq. Noyabrın 17-də Helsinkidə reallaşacaq Finlandiya - Şimali İrlandiya görüşü Bakı vaxtı ilə saat 21-də başlanacaq.