• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1361
— 12.11.2023 18:04

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

KepezTV Player

Bu gün Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Gənc əsgərlər Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlıqları, eləcə də şəhid ailələrinin üzvləri, veteranlar, valideynlər çıxış edərək əsgərlərə Vətənə, dövlətə, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi tövsiyə ediblər. Yekunda şəxsi heyət hərbi marşın sədaları altında tribuna önündən keçib.