• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1482
— 09.11.2023 16:01

"Azərişiq” ASC Füzuliyə köçürülən sakinləri işlə təmin edir

KepezTV Player

İşğaldan azad edilən torpaqlarda sürətlə davam edən yenidənqurma işlərinin nəticəsi olaraq, 30 ildən sonra doğma sakinlər Zəngilan, Laçın, Füzulidə yaşayır. Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzində daha çox yerli sakinlər çalışır. “Azərişıq” Füzuliyə köç edən sakinləri işlə təmin edir, artıq bir neçə sahə üzrə işlə təmin edilənlər var. Qurumun məqsədi xoş gələcəyi qarşıda olan tarixi torpağımız Qarabağın yenidən qurulmasında, qayıdan sakinlərin firəvan yaşamasında "Azərişıq" olaraq payının olmasıdır. Elektrik təsərrüfatının yenilənməsi yeni güc mərkəzlərinin inşası istiqamətində işlər bu gün də davam etdirilir.