• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1232
— 09.11.2023 13:53

Şəmkirdə bayram konserti təşkil edilib

KepezTV Player

Şəmkirdə “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Şanlı Azərbaycan ordusunun qazandığı qələbədən danışılıb. Cəmi 44 günə Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ermənistanın diz çökdürüldüyü vurğulanıb. Dünyaya “Dəmir yumruğ”un, birliyin gücünün nümayiş etdirildiyi diqqətə çatdırılıb. Vətən müharibəsində əsas vəzifəni yerinə yetirən gənc nəsil arasında Şəmkir gənclərinin olmasının qürurverici olduğu dilə gətirilib. Tədbir çərçivəsində “Əsgərə məktub” layihəsi də reallaşıb. Rayon sakinləri hərbi xidmətdə olan əsgərlərə ürək sözlərini məktub vasitəsilə göndəriblər. Ardında bayran konserti təşkil edilib. Tanınmış müğənnilər və yerli incəsənət ustaları bir-birindən rəngarəng mahnı və musiqilərlə bayram əhval-ruhiyyəsini bir qədər də artırıblar. Hazırlanan proqram iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bayram tədbirinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Fərid Mehdiyev