• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1404
— 09.11.2023 13:50

“Bayrağımız qürur mənbəyimizdir” fləşmobu

KepezTV Player

Gəncə Dövlət Universiteti tərəfindən “Bayrağımız qürur mənbəyimizdir” devizi ilə fləşmob təşkil edilib. Fləşmob ali məktəbin Tarix-coğrafiya fakültəsinin inzibati binasının önündə, fakültə rəhbərliyi və tələblə gənclər təşkilatları tərəfindən təşkil edilib. Dövlət Bayrağı Gününə həsr olunmuş fləşmob zamanı Şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib. Daha sonra fakültənin inzibati binası önündə 8 metrlik üçrəngli bayrağımız tələbələr tərəfindən qürurla dalğalandırılıb. Musiqi sədaları altında keçirilən fləşmob zamanı 40-dan artıq tələbə sıra ilə düzülərək, Azərbaycan bayrağını dalğalandırıblar.

Elnur İsmayılov- tələbə: “Tələbələrin birliyi ilə belə bir fləşhmob həyata keçirdik. Düşünürəm ki, bu, bayrağa olan diqqət, hörmət üçün önəmlidir, həm də bu günün yaddaqalan bir gün olması üçün önəmlidir”.

Eldar Mehtiyev- müəllim: “Fləşmobda əsas məğzimiz ondan ibarət idi ki, bayrağın müqəddəsliyini, onun bir xalqın ruhunu ifadə etməyini göstərmək, bir daha gənclərə xatırlatmaq ki, bu bayraq uğrunda ölənlər vətəni vətən kimi tanıdıb. Tələbələrimizdən təxminən 30 nəfərə yaxını bu fləşmobda iştirak etdi və fikirləşirəm ki, bu, 30 deyil, 30-lardır, minlərdir, üç minlərdir. Hamı bu bayrağın təqdimatının həvəsi ilə yaşayır”.

Fərid Mehdiyev