Dövlət başçısının çıxışının ardından Azərbaycan Silahlı Qüvvələrinin parad heyətlərinin təntənəli keçidi başlayıb. Parada Azərbaycan Ordusunun Baş Qərargah rəisi, "Zəfər" və "Qarabağ" ordenli general polkovnik Kərim Vəliyev komandanlıq edib. Silahlı Qüvvələrin parad heyətləri Azərbaycan Respublikasının Dövlət Bayrağı və Şuşa şəhərinə sancılan, qələbənin rəmzinə çevirilmiş Zəfər bayrağı altında tribunaya doğru irəliləyiblər. Azərbaycan Ordusunun və qoşun növlərinin bayraqları, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrinin döyüş bayraqları Xankəndinin mərkəzi meydanında nümayiş etdirilib. Ardından Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin parad heyəti, birinci, ikinci, üçüncü, dördüncü və beşinci ordu korpusunun parad heyətləri, Əlahiddə ümumqoşun ordunun, Hərbi Dəniz Qüvvələrinin dəniz piyadalarından ibarət parad heyəti, Hərbi Hava Qüvvələrinin, Dövlət Təhlükəsizlik Xidmətinin Qartal xüsusi təyanatlılarının, Xarici kəşfiyyat xidmətinin Yarasa xüsusi təyinatlılarının, Daxili İşlər Nazirliyinin daxili qoşunlarının xüsusi təyinatlılarının, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin təhlükəsizlik xidmətinin milli qvardiyasının hərbi qulluqçularından ibarət parad heyəti keçid edib.Daha sonra antiterror tədbirləri zamanı müsadirə edilən hərbi texniların kiçik bir hissəsi qoşqular üzərində mərkəzi meydana gətirilib.Hərbi texnika və nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanmış lövhə nümayiş etdirilib.Qələbənin üçüncü il dönümü münasibətilə Xankəndi şəhərinin mərkəzi meydanında keçirilən hərbi parad Qələbə Marşı ilə başa çatıb.
- Baxış: 322