• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2371
— 08.11.2023 16:47

Bayram coşqusu yaşanıb

KepezTV Player

Zəfər Günü ilə bağlı Goranboy şəhəri Şəhidlər Xiyabanı Abidə Kompleksi ziyarət olunub. Rayon rəsmiləri, bir qrup şəhid ailələri, müharibə iştirakçıları və rayon fəalları şəhidlik zirvəsinə ucalan oğulların xatirəsini anıblar. Canını vətən yolunda qurban edənlərin əziz xatirələri ehtiramla yad edilib. Ziyarətdən sonra, Abidə Kompleksindən Heydər Əliyev Parkınadək yürüş keçirilib. Yürüş iştirakçıları burada nümayiş etdirilən və Zəfər bayramına həsr olunan əl işləri və rəsm sərgisi ilə tanış olublar. Məktəblilərin və uşaq bağçalarının balacalarının, gənclər evinin nümayəndələrinin təqdimatlarında ədəbi-bədii kompozisiyalara baxıblar. Eləcə də rayon idmançılarının müxtəlif idman növləri üzrə nümunəvi çıxışları olub. Ümumrayon tədbirlərində mədəniyyət evlərinin təşkilatçılığı ilə folklor və milli kulinariya nümunələri də nümayiş etdirilib. Tədbirdə Vətən müharibəsində qazanılan şanlı zəfərin bütün dünyaya Azərbaycan xalqının müzəffərliyinin nümayişi olduğu xatırladılıb.  Əməliyyatların hərb qanunlarna əməl edilməklə aparılmasının önəminə toxunulub. Qazanılan zəfərdə pay sahibi olanların tarixdə əbədi qalacağı vurğulanıb.  

Fərid Mehdiyev