• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1925
— 08.11.2023 11:49

Bu gün Şuşa Şəhəri Günüdür

KepezTV Player

Azərbaycan xalqı bu gün həm də Şuşa Şəhəri Gününü ilk dəfə qeyd edir. Tarixi gün Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən təsis olunub. Şuşa şəhəri 2020-ci il noyabrın 8-də rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində ordumuzun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı qəhrəman əsgər və zabitlərimiz sıx meşələri, keçilməz dağ keçidlərini aşaraq, şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil olub. Şəhər raket hədəfinə tuş gəlsə də müzəffər Azərbaycan ordusu tezliklə erməni qoşunlarını məhv edərək onları Şuşadan qovub. Beləliklə, işğalçılardan təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.