KepezTV Player
Gəncə-Daşkəsən Regional Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə Zəfər Gününə həsr olunmuş fləşmob keçirilib. Vətən Müharibəsində canından keçən qəhrəmanların şəkillərini daşıyan 200-ə yaxın gəncin iştrak etdiyi fləşmob şəhər sakinləri tərəfindən maraqla qarşılanıb. İştirakçıların sözlərinə görə, bu kimi layihələr Vətən Müharibəsi şəhidlərini yad etmək baxımından böyük əhəmiyyət daşıyır.
İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman Baş İdarəsinin rəisi: “200-ə yaxın gəncimizin iştirakı ilə şəhidlərin şəkillərindən fləşmob təşkil etdik. Təbii ki, bu tədbirin təşkilində məqsədimiz gənclərin şəhidlərin xatirəsini yad etməkdir, Zəfər Gününü qeyd etməkdir”.
Pərvin Abbaszadə
- Baxış: 312