Xarici işlər naziri Ceyhun Bayramovun Rumıniyada bu ölkənin xarici işlər naziri Luminitsa Odobesku ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Rumıniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərindəki quruculuq fəaliyyətlərində podratçı və investor kimi iştiraka dəvət olunub. Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib.
Ceyhun Bayramovun Rumıniyanın Baş naziri Marcel Ciolacu ilə də görüşündə ikitərəfli və regional məsələlər müzakirə edilib, strateji tərəfdaşlığı inkişaf etdirmək barədə razılığa gəlinib.
Rumıniya Parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşdə alternativ enerji, rəqəmsal inkişaf sahəsində əməkdaşlığın inkişaf potensialı diqqətə çatdırılıb.
- Baxış: 233