Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində yer alan idmançı finalda İspaniya təmsilçisi Salvador Kases Roka üz-üzə gəlib. Rəqibinə qalib gələn Heydərov ardıcıl ikinci dəfə Avropa çempionu olub. Cüdoçü ötən 2022-ci ildə də qitə çempionatında qızıl medal əldə edib.
- Baxış: 251