• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1146
— 04.11.2023 19:50

Premyer Liqada "Qarabağ" "Kəpəz" üzərində böyük hesablı qələbə qazanıb

KepezTV Player

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. Son çempion “Qarabağ” komandası “Kəpəz”i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb. Matçın 2-ci dəqiqəsində Yassin Benzia Qarabağın erkən qoluna imza atıb. 13-cü dəqiqədə isə Leandro Andrade qol müəllifinə çevirilib. Matçın 15-ci dəqiqəsində Yassin Benzia yenidən rəqib qapısına yol tapıb. 19-cü dəqiqədə isə "Kəpəz"in heyətindən Adama Niane hesabı 3-1 edib. 36-cı dəqiqədə “Qarabağ”-dan Olavio Juninyo tablonu dəqişdirib. 43-cü dəqiqədə Yassin Benzia yenidən qol müəllifinə çevrilib. 51-ci dəqiqədə isə Leandro Andrade rəqib qapısını silkələyib. Nəhayət 63-cü dəqiqədə Nəriman Axundzadə qolu ilə yekun nəticəni müəyyənləşdirib. Qarabağ 7: Kəpəz 1.Bununla da xallarının sayını 23-ə çatdıran “Qarabağ” liderliyə yüksəlib. "Kəpəz"in isə 6 xalı var və sonuncu pillədə qərarlaşıb.