Zəngilanın Ağalı, Tərtərin Talış kəndində, həmçinin Laçın və Füzulidə öz dogma yurdlarına qayıdan vətəndaşların məşğulluq məsələlərinin həlli istiqamətində əsaslı işlər görülüb. Onlardan bir qismi uyğun vakansiyalar üzrə işlə təmin edilib, digərləri özünüməşğulluq proqramına və peşə hazırlığı kurslarına cəlb edilib. Bunu Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən “Əhalinin dayanaqlı məskunlaşmasında məşğulluğun rolu – görülmüş işlər və çağırışlar” adlı tədbirdə söyləyib. Dayanıqlı məskunlaşma üçün məşğulluğun artırılması istiqamətində təkliflər müzakirə edilib.
Emin Hüseynov - Prezidentin xüsusi nümayəndəsi: İşğaldan azad olunmuş ərazilərdə 3000 nəfərdən çox, 800-dən çox ailə artıq məskunlaşıb. Və onların davamlı və dayanıqlı məşğulluğu ən vacib məsələlərdən biridir. Muzdlu iş yerlərinin daha çox təşviq olunması və bu sahədə dövlət, özəl tərəfdaşlığının və özəl sektorların fəaliyyətinin genişləndirilməsi fəaliyyəti ilə bağlı xüsusi təkliflər səsləndirildi. Məqsədimiz odur ki, bu istiqamətdə müxtəlif dövlət qurumlarının fəaliyyətlərinin daha səmərəli şəkildə əlaqələndirilməsi və məsələlərin daha sistemli şəkildə həll olunmasını təmin etyməkdir.
Anar Əliyev - əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini: Əmək və əhalinin sosial müdafiəsi nazirliyi olaraq ərazilərə işəgötürənlərin cəlb olunması, vakansiyaların müəyyən olunması, ərazilərdə keçmiş məcburi köçkünlərimizin aktiv məşğulluq tədbirləri kimi özünəməşğulluq proqramına cəlb olunması, digər vacib məsələ kimi ərazilərə köçən keçmiş məcburi köçkünlərimizin bilik və bacarıqlarının artırılması, kompitentsiyaların artırılması da qarşımızda duran əsas məsələlərdən biridir. Bu baxımdan geniş şəkildə bura qayıdacaq şəxslərlə peşə hazırlığı proqramlarının həyata keçirilməsi də geniş müzakirə oldu. Tədbirlər növbəti dövrlərdə də mərhələlki şəkildə digəır işğaldan azad olunmuş şəhər və qəsəbələrimizdə kəndlərimizdə davam etdiriləcək.
- Baxış: 193