• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1763
— 04.11.2023 19:20

"107 min hektar ərazi mina və partlayıcı sursatlardan təmizlənib"

KepezTV Player

Ermənilər Qarabağ və Şərqi Zəngəzuru 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla, yəni 480 ton plastik kütlə ilə çirkləndiriblər. Bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. İndiyədək 107 min hektar ərazi təmizlənib. 57 min hektar ərazi minalardan azad edilərək yararlı hala gətirilib. Azərbaycanın dünyada minalarla ən çox çirklənən ölkələr sırasında olduğunu xatırladılıb. 

Vüqar Süleymanov - ANAMA İdarə Heyətinin sədri: Məsələn Tərtər rayonunda 20 mindən çox hərbi sursat partlayışı baş vermişdir ANAMA və tərəfdaş qurumların bu əraziləri təmizləmək üçün göstərdikləri səylərə baxmayaraq hərbi sursatların o cümlədən fosfor ağ fosfor və digər kimyəvi döyüş sursatlarının vurduğu ziyan bu mühitdə yaşayan insanlara oranın flora və faunasına təsir etməkdə davam edir. Vətən müharibəsi başa çatdıqdan bugünədək 336 insan partlayıcı sursatların qurbanına çevrilib. Onlardan 65-I həyatını itirib, 271-I isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Prezident Administrasiyasının şöbəsinin sektor müdiri Həbib Mikayıllı isə mina məsələsinin azad edilən ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsinə mənfi təsir göstərdiyini diqqətə çatdırıb. 

Həbib Mikayıllı - PA-nın Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri : Konkret bir fakt deyim sizə məsələn Füzuli rayonunun yuxarı seyidəhmədli kəndi keçmiş təmas xəttinə yaxındı orda biz çoxdan məsələn bilirik ki kütləvi məzarlıq var. amma o kiçik bir ərazi o dərəcədə minalarla çirkləndirilib ki indiyədək də düzəməlli həmin ərazi minalardan təmizləmək mümükün olmur və nəticədə biz həmin kütləvi məzarlığı tapa bilmirik.