Zəfər bayramının ildönümü münasibətilə Gəncə Dövlət Universitetində spartakiadanın açılış mərasimi keçirilib. Ölkədə bədən tərbiyəsi və idmana dövlət qayğısından söz açan natiqlər Azərbaycanın idman ölkəsi kimi tanındığına diqqət çəkiblər. İdmanın kütləviliyinə nail olmaq üçün geniş infrastruktur yaradıldığı vurğulanıb. Gənclərin idmana artan marağının universitetdə də ənənə halı alan spartakiadanın keçirilməsini labüd etdiyi önə çəkilib. Ölkə universitetləri arasında Gəncə Dövlət Universitetinin idman klubunun uğurları xüsusi qeyd edilib. Spartakiadanın əhəmiyyəti vurğulanıb, gənc nəslin “sağlam bədəndə sağlam ruh olar” prinsipinə əsasən formalaşmasında belə tədbirlərin rolundan bəhs olunub.
Sonra idmançıların ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışları olub. Spartakiadada 6 idman növü üzrə universitetin tələbələri təmsil olunur. Müxtəlif idman və bilik yarışlarında universitetin adını uca tutanlara isə kubok və medallar təqdim edilib.
Asif Cavadov- GDU-nun rektorunun baş müşaviri: “Bu gün vətənpərvər Azərbaycan gəncliyi yetişib. Son 20 ildə Azərbaycan gəncliyində o dərəcədə yüksək inkişaf özünü göstərir ki, damarında Azərbaycan qanı axan hər bir adam bununla fəxr eləməlidir. Və bir şeyi bilməliyik - heç bir yağı düşmən, bu cür gəncliyin qarşısında tab gətirə bilməz!”
Fərid Mehdiyev
- Baxış: 216